• WhatsApp: (+99499) 509-05-05

  • İş vaxtları: Hər gün: 10.00-20.00

Bookstore Bloq

Psixoloqlar tövsiyyə edir: Kitab ruhunuzu dincəldir.

Psixoloqlar tövsiyyə edir: Kitab ruhunuzu dincəldir.


Kitab ən yaxşı dostdur. Kitab oxuyarkən axtardığımız sualların cavablarını taparıq, təfəkkürümüz qidalanar. Kitablar bizi bir fərdiyyət kimi yetişdirər. Beyin üçün ən yaxşı istirahət məhz kitab oxumaqdır.Kitab oxuyan zaman nitqimiz kamilləşər, zehnimiz təmizlənər, düşüncələrimiz müsbət istiqamətdə dəyişər və nəticədə ruhumuz dincələr.
Yel Universitetlərinin alimləri kitab oxumağı faydalı məşğuliyyət, səmərəli əyləncə və bilikləri artırmaq vasitəsi kimi qiymətləndirməklə yanaşı, kitab oxumağın insan sağlamlığı üçün faydalarını bəyan etmişlər.
Belə ki, mütəxəssislər tədqiqat apararaq kitab oxumağın insan ömrünü uzatdığını müəyyən ediblər. Həmin tədqiqata əsasən həftə ərzində  3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23 % aşağı düşdüyü müəyyən olunmuşdur.
Bununla yanaşı, alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar.
Öncəliklə kitab oxumaq bütün xəstəliklərin 60%-nin, o cümlədən insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressin aradan qaldırılmasına müsbət təsir göstərir. Sözsüz ki, stressiz həyat mövcud deyil, lakin bununla belə kitab oxumaq stressin insan orqanizminə mənfi təsirini azaldır. Mütəxəssislər insanın kitabı səhifələməyə başlamasından 6 dəqiqə sonra stress səviyyəsinin aşagı düşdüyünü müşahidə etmişlər.
İkincisi, kitab oxumaq beyinin koqnitiv funksiyasını, dərketmə və yaddasaxlama proseslərini gücləndirir.
Üçüncüsü, kitab oxumaq yuxu prosesinin keyfiyyətini yüksəldir, belə ki, yuxu ilə yuxusuzluq arasında keçidi yüngülləşdirir ki, smartfonlar haqda bunun tam əksini deyə bilərik.
Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir, ünsiyyət çətinliklərinin aradan qaldırılmasına yardımçı olur. Mütaliə edən insanlar daha yaxşı dərk edir və qarşısındakı insanın nə hiss etdiyini, nə demək istədiyini daha yaxşı anlaya bilir.
Beşinci, amma sonuncu olmayan faydası isə insanın intellektual səviyyəsini artırmasıdır.
Elmi araşdırmalar göstərir ki, müntəzəm kitab oxumaq beyində yeni neyron əlaqələri yaradır ki, yaranan əlaqələr də praqmatik qərarlar və zəkanın uyğun istifadəsinə zəmin yaradır.
Əziz valideynlər, mütaliə yoluxucudur. Övladlarınızda oxu vərdişinin formalaşmasını və bu yolda onlara yaxşı mənada təsir etmək istəyirsinizsə, evdə kitab oxumaq üçün stabil və ya sərbəst saatlar təyin edin.  Uşaqlar hər zaman valideynlərini təqlid etməkdən qürur duyarlar. Necə deyərlər, uşaqlar eşitdiklərini deyil, gördüklərini edərlər.
Yaponiyada uşaqların həyatının hələ ilk aylarında onlara kitab qoxladar, qoxu yaddaşının güclü olduğunu iddia edərək bu yolla onlarda kitab oxumaq vərdişinin təməlini qoyarlar.
Kitab oxumaq gözəldir. Zəngin beyinlərin sirri məhz kitab oxumaqda gizlənmişdir.


Müəllif: Psixoloq Leyla Əliyeva


Kitab oxumaq istəyənlər üçün Sabirabad Bookstore "Varlı olmaq istəyənlər üçün..." devizi ilə xidmətinizdədir. Bundan başqa Sabirabad və ətraf rayonda yaşayanlar, Proqramlaşdırma, IT, MS Office, Rəqəmsal Marketinq, Robototexnologiya, Biznes Planlaşdırma və s sahələri mükəmməl öyrənib yerli və beynəlxalq sertifikatlar əldə etmək istəyirsə "404 Academy" Təhsil Mərkəzinə müraciət edə bilər. шаблоны для dle 11.2

sİfarİşİnİzİ bİrbaşa zənglə edİn

ZƏNG ET