• WhatsApp: (+99499) 509-05-05

  • İş vaxtları: Hər gün: 10.00-20.00

Bookstore Bloq

Sabirabad Bookstore  Orxan Şahbaz ilə birgə

Sabirabad Bookstore Orxan Şahbaz ilə birgə "Orkhanway Book Pack" layihəsinə start verir



Sabirabad rayonunun ilk onlayn kitab mağazası olan "Sabirabad Bookstore" Onlayn Kitab Mağazası məşhur təlimçi Orxan Şahbaz ilə yeni layihəyə start verir. Layihənin əsas məqsədi Azərbaycanın hər bir bölgəsindən olan gənclərin kitaba marağının artırılmasıdır. Layihə ilkin olaraq müsabiqə formasında həyata keçiriləcəkdir. Bundan başqa bu layihə çərçivəsində gələcəkdə Azərbaycanın regionlarında yaşayan və heçvaxt kitab oxumayan gənclərin kitab oxumağa həvəsləndirilməsi üçün xüsusi bir proqramda planlaşdırılır. ORKHANWAY Coaching şirkətinin rəhbəri Orxan Şahbaz gənclərin maariflənməsi və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirir. Biz Azərbaycanda ilk Kitab Eviyik ki, rəsmən Orxan Şahbazla belə bir böyük layihəyə start veririk.
Bildiyiniz kimi Sabirabad Bookstore rəsmi olaraq Azərbaycanın demək olar ki, bütün nəşriyyat evləri ilə əməkdaşlıq edir. Bizim kitab evinin əsas məqsədi kitab satmaq yox, kitaba olan sevgini Sabirabadla bərabər bütün rayon və bölgələrdə yaşayan insanlara aşılamaqdır. Bu məqsədlə bizim devizimiz məhz budur: Sabirabad Bookstore - "Varlı olmaq istəyənlər üçün..."
Əgər Siz də sözün əsl mənasında varlı olmaq istəyirsinizsə, o zaman kitab oxuyun!
Hər kəsi müsabiqəyə qoşulamağa dəvət edirik!
Müsabiqə Orxan Şahbazın rəsmi Instgaram səhifəsində start götürəcəkdir.

Orxan Şahbazın Instagram səhifəsi https://www.instagram.com/orkhan.shahbaz/

Sabirabad Bookstore
Instagram: https://www.instagram.com/sabirabadbookstore/
Facebook:  https://www.facebook.com/sabirabadbookstore/
Veb-sayt: https://www.bookstore.sabirabadlife.info/
шаблоны для dle 11.2

sİfarİşİnİzİ bİrbaşa zənglə edİn

ZƏNG ET