• WhatsApp: (+99499) 509-05-05

  • İş vaxtları: Hər gün: 10.00-20.00

Bookstore Bloq

Sabirabadda

Sabirabadda "Şərqin İlk Demokratik Cümhuriyyəti" İntellektual Müsabiqə keçirilib

  

   Sabirabad rayonu Gənclər Evində Sabirabad Layf Jurnalı, Sabirabad Bookstore və Sabirabad rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Sosial Media Seminarı keçirilmişdir. Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş "Şərqin İlk Demokratik Cümhuriyyəti" adlı İntellektual Müsabiqə keçirilmişdir.
Müsabiqədə təqdim edilən suallar Azərbaycan Xalq Cümhuriyyəti tarixini əhatə edib və qalib gələn 3 iştirakçı "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasından və Sabirabad Layf Jurnalından I-ci, II-ci və III-cü yerlər üzrə xüsusi təltifnamələr və kitablar təqdim edilmişdir. Qaliblərin hər birini təbrik edib, onları Sizə təqdim edirik:


I -ci yer Əsədov Ağalar
II-ci yer Abdullayev Əlisahib
III-cü yer Sadıqzadə Seymur



Qeyd edək ki, Sosial Media Seminarı regionda İlk dəfə keçirilirdi. Seminarın spikeri təlimçi Ramid Ağayev idi.

Sabirabad Layf Jurnalını və "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasını aşağıdakı sosial şəbəkələrdən izləyə bilərsiniz.
Əalvə olaraq qeyd edək ki, Siz "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasından istənilən janrda (dini və siyasi janrda olan kitablar istisna olmaqla) istənilən dildə kitabları sifariş edə bilərsiniz. Türkiyədən, Amerikadan və Rusiyadan kitablar sifarişlə gətirilir.

"Sabirabad Layf" Jurnalı Facebook-da 
"Sabirabad Bookstore" Onlayn Kitab Mağazası Facebook-da
"Sabirabad Layf Jurnalı İnstagram-da
"Sabirabad Bookstore" Onlayn Kitab Mağazası İnstagram-da
Təlimçi Ramid Ağayevi İnstagramFacebook-da izləyə bilərsiniz. 


Müsabiqədən çəkilmiş fotoları Sizə təqdim edirik.

 шаблоны для dle 11.2

sİfarİşİnİzİ bİrbaşa zənglə edİn

ZƏNG ET