• WhatsApp: (+99499) 509-05-05

  • İş vaxtları: Hər gün: 10.00-20.00

Bookstore Bloq

Dünyanın 100 Ən YAXŞI filmləri arasında İlk 50-likdə olan filmin əsərini oxumusunuzmu?

Dünyanın 100 Ən YAXŞI filmləri arasında İlk 50-likdə olan filmin əsərini oxumusunuzmu?


Möhtəşəm əsərlərin ssenarisi əsasında şəkilən filmlər də möhtəçəm olur. Bu gün Sizə bir çoxlarınızın dəfələrlə baxdığı 1999-cu ildə istehsal olan Yaşıl Mil (Green Mile) filmi haqda yox, bu filmin yaranmasına səbəb olan əsər haqda danışacağam. Hansıki, bu film məhz bu əsər əsasında çəkililb.

Əsərin yazıçısı özz dəhşət janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçısı - Stefan Kinqdir. Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı.

Stiven Kinq «Yaşıl Mil» romanını1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür.Yaşıl Mil romanı ölüm hökmü gözləyən məhkumların baş nəzarətçisi olmuş Polun cavanlıq xatirələri əsasında qurulmuşdur. Onun nəzarətdə saxladığı məhkumlardan biri saf qəlbli nəhəng qaradərili idi. O iki uşağı amansızcasına öldürməklə günahlandırılırdı, halbu ki polislər onu o qızları xilas etmək istəyərkən yaxalamışdı. O ölüm hökmünə hazırlaşarkən öz möcüzəvi bacarığı ilə nəzarətçi Polu çox ağır xəstəlikdən xilas edir. İnsanlıq dramının ən təsiredici və tükürpədici səhnələri ilə bol olan bu möhtəşəm əsəri hamını oxumağa və bu əsərin filminə baxmayanlara isə mütləq bu filmə baxmağı tövsiyyə edirik.

Siz bu kitabı Sabirabad Bookstore-dən sifariş edə bilərsiniz. Sabirabad Bookstore yalnız Sabirabad, Saatlı və digər yaxın rayonlarla bərabər Bakıdan bütün Azərbaycanın rayonlarına kitab çatdırır..

Ramid Aghayev ( Sabirabad Bookstore -nin təsisçisi)
шаблоны для dle 11.2

sİfarİşİnİzİ bİrbaşa zənglə edİn

ZƏNG ET