• WhatsApp: (+99499) 509-05-05

  • İş vaxtları: Hər gün: 10.00-20.00

Bookstore Bloq

Məşhur filmin əsəri Azərbaycan dilində Sabirabad Bookstore-də

Məşhur filmin əsəri Azərbaycan dilində Sabirabad Bookstore-də

Dostlar, yəqin çoxunuz "Labirintdə Qaçanlar" filminə baxmısınız. Hətda bu filmin təxminən bir həftə öncə 3-cü hissəsinin premyerası keçirildi. Ceyms Daşnerin eyni adlı əsərinin ssenarisi əsasında çəkilən bu film çox məşhur və baxılandır. Qeyd edək ki, bestseller sayılan bu əsər ilk dəfə Azəbaycan dilində nəşr olunub. Çox zövqlü formada hazırlanan və tərcüməsi mükəmməl olan bu əsəri ilk dəfə Sabirabad Bookstore-dən əldə edə biləcəksiniz. Gəlin əsərin təsvirinə nəzər salaq.
 - Tomas liftdə oyananda onun xatırladığı yeganə şey öz adı idi. O, nə valideynləri, nə öz evi, nə də harada olması barədə bir şey xatırlamırdı. Çünki yaddaşı tamamilə silinmişdi.Ancaq o, tək deyildi. Çünki lift dayanandan və qapıları açılandan sonra Toması "Qleydə xoş gəlmisən!" deyən uşaqlar dövrəyə almağa başladı. Bura nəhəng daş divarla əhatə olunmuş bir məkan idi.Tomas kimi digər Qleyderlər də Qleydə niyə və necə gəldiklərini xatırlamırdılar. Onların bildikləri yeganə şey bu idi ki, Qleydi dövrələyən nəhəng divarların qapıları hər səhər açılır, hər axşam da bağlanırdı. Hər 30 gündən bir liftlə yeni oğlan göndərilir və heç kimdə qaranlıq düşəndən sonra Labirintdə qalmaq istəmirdi.
Tomasın göndərilməsi Qleyderin özü üçün gözlənilməz deyildi. Onlar üçün gözlənilməz olan Tomasın gəlişindən sonrakı gün Qleydə ilk dəfə olaraq bir qızın göndərilməsi idi. Ən təəcüblüsü də bu idi ki, həmin qız özü ilə bir ismarıc gətirmişdi. Qleyderlər əmin idilər ki, əgər onlar Qleydi əhatə edən labirintin sirrini açsaydıla, bu yol onları hansısa şəkildə evlərinə apara bilərdi... Ancaq görünən o idi ki, Labirintin sirini açmaq mümkün deyil.
Tomas qızın gəlişindən sonra tamamilə fərqli hisslər keçirməyə başladı. Bu o demək idi ki, bəlkə də bəzi sualların cavabları var. Bunun üçün də o, beynində bağlı qalan və xatırlaya bilmədiyi qaranlıq yerləri açmalı və aydınlatmalıdır...

Ceyms Deşner ABŞ-ın Corciya ştatında doğulub boya-başa çatsa da, hal-hazırda Roki dağlarında yaşayır və yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Onu müəllifi olduğu “13-cü reallıq” adlı kitablar seriyası məşhurlaşdırıb.

Kitabın dili: Azərbaycan dilində
Yumşaq üz qabığı
404 səhifə
Ölçü: 120x185 mm

Qeyd: Ödəniş və çatdırılma qaydaları haqqında ətraflı məlumatı "ÖDƏNİŞ QAYDASI" və "ÇATDIRILMA" bölmələrində və yaxud "BİZƏ ZƏNG ET" bölməsinə klikləyərək bizə zəng edib əldə edə bilərsiniz.
шаблоны для dle 11.2

sİfarİşİnİzİ bİrbaşa zənglə edİn

ZƏNG ET